Mançester Hava Limanının qatar stansiyasında şübhəli bağlama tapılıb

Mançester Hava Limanının qatar stansiyasında şübhəli bağlama tapılıb
# 23 sentyabr 2019 13:06 (UTC +04:00)

Mançester Hava Limanının qatar stansiyasında şübhəli bağlama tapılıb.

APA-nın "Manchester Evening News" saytına istinadən verdiyi xəbərə görə, polis sərnişinləri stansiyadan evakuasiya edib.

Partlayıcı zərəsizləşdirən mütəxəssislər əraziyə cəlb olunub.

Ərazini nəzarətə götürən polis bir şübhəli şəxsi saxlayıb.

Hava limanından bildirilib ki, təyyarələrin uşuşunda gecikmə olmasa da, ərazidəki tramvayların, avtobusların və qatarın hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR