Marneulidə silahlı insidentlə bağlı bir nəfər saxlanılıb

Marneulidə silahlı insidentlə bağlı bir nəfər saxlanılıb
# 11 oktyabr 2019 11:52 (UTC +04:00)

Ötən gün Gürcüstanın Marneuli rayonunda baş vermiş silahlı insidentlə əlaqədar bir nəfər saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Gürcüstan DİN-in Kvemo-Kartli Polis İdarəsinin Marneuli Regional Bölməsinin əməkdaşları sağlamlığa qəsdən yüngül zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə ittihamı ittihamları ilə Tbilisidə R.A adlı bir nəfəri saxlayıb.

Araşdırma zamanı saxlanılan şəxsin Marneuli rayonunun Şota Rustaveli küçəsində yerləşən çayxanalardan birində iki nəfəri yaralayaraq hadisə yerindən qaçdığı müəyyən edilib.

Saxlanılan şəxsi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Rustaveli küçəsində fəaliyyət göstərən çayxanalardan birində atışma olub. Çayxanadakı gənclər arasında mübahisə yaranıb və onlardan biri digərinə odlu silahdan 3 dəfə atəş açıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR