Maykl Karpenter: “Bir gün Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır"

Maykl Karpenter: “Bir gün Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır"
# 19 iyun 2019 12:55 (UTC +04:00)

“Bir gün Gürcüstan oyanacaq və görəcək ki, 20 faiz yox, 100 faiz torpaqları işğal altındadır".

APA-nın xəbərinə görə, bu sözləri ABŞ müdafiə nazirinin sabiq müavini, Pensilvaniya Universitetinin Bayden Mərkəzinin direktoru Maykl Karpenter rəsmi “Twitter” səhifəsində qeyd edib.

“Gürcüstanda cəmi 3 gün keçirdim. Əmin deyiləm ki, hökumət Rusiya ilə "açıq qapı" siyasətinin nəticələrini tam dərk edir. Bu qədər sayda “turistlə” və rusiyalı iş adamları tərəfindən alınan torpaqlarla, onlar bir gün ayılıb görəcəklər ki, 20 faiz yox, 100 faiz torpaqları işğal olunub”, - deyə M.Karpenter yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR