Merkel növbəti seçkilərdən sonra aktiv siyasətlə məşğul olmayacağını deyib

Merkel növbəti seçkilərdən sonra aktiv siyasətlə məşğul olmayacağını deyib
# 13 avqust 2019 21:35 (UTC +04:00)


Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacağını deyib.

APA “TASS”a istinadla xəbər verir ki, xanım kansler bu barədə Almaniyanın şimalındakı Ştralsund şəhərində "Ostsee-Zeitung" qəzetinin oxucuları ilə görüşündə deyib.

O qeyd edib ki, artıq aktiv siyasətlə məşqul olmaq istəyində deyil: "Əlbəttə, mən siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam".

Merkel əlavə edib ki, siyasətdən uzaqlaşması o demək deyil ki, bu, Avropa Birliyi səviyyəsində də olacaq.

Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa etmişdi, ancaq kansler olaraq qaldı. Dediyinə görə, dördüncü müddətini sonuna qədər - 2021-ci ilə qədər bitirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR