Mixeil Saakaşvili: "Poroşenko mənə üç dəfə baş nazir postu təkilf edib"

Mixeil Saakaşvili: "Poroşenko mənə üç dəfə baş nazir postu təkilf edib"
  • Clock-gray 12:56
  • calendar-gray 29 May 2019

"Petro Poroşenko mənə üç dəfə baş nazir postunu təkilf edib".

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili deyib.

“Poroşenko üç dəfə mənə baş nazir olmağı təklif etdi və mən hər dəfə bu təklifi rədd etdim. Şərtlər fərqli ola bilər, ancaq mən indi özümü bu vəzifədə görmürəm”, - deyə Saakaşvili bildirib.

O qeyd edib ki, bu gün axşam Kiyevə uçacaq.  

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date