Mövlud Cavuşoğlu: “Barış bulağı” müvəqqəti dayandırıldı, şərtlərimiz qəbul olunacağı halda atəşkəs elan ediləcək”

Mövlud Cavuşoğlu: “Barış bulağı” müvəqqəti dayandırıldı, şərtlərimiz qəbul olunacağı halda atəşkəs elan ediləcək”
# 17 oktyabr 2019 22:24 (UTC +04:00)

“Suriya ərazisində “Barış bulağı” əməliyyatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terrorçular tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və bu halda mövcud sanksiyalar da aradan qaldırılacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu fikirləri ABŞ-dan gələn heyətlə görüşdən sonra tərəflərin verdiyi qərarları açıqlayarkən bildirib.

Nazir deyib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrın 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq.

“Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terrorçunun qalmamasıdır və biz bu məqsədimizə nail olacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah-sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik”, - deyə Çavuşoğlu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR