Mövlud Cavuşoğlunun qatıldığı tədbirdə 28 May – Respublika Günü anılıb

Mövlud Cavuşoğlunun qatıldığı tədbirdə 28 May – Respublika Günü anılıb
  • Clock-gray 07:05
  • calendar-gray 28 May 2019

“Bu gün türk dünyasında 100 il də Türkiyənin güclənməsini gözləyib, onlara dəstək veriləcəyi günün həsrətində olan qardaşlarımız var. Biz onları xəyal
qırıqlığına uğrada bilmərik. Stalin tərəfindən sürgünlərə məruz qalan Ahıska, Krım və digər qardaş türk xalqlarımızın çəkdiyi çilələrin, qəlblərində açılan
yaraların məlhəmi yenə də Türkiyə olacaq. Ona görə də ölkəmiz, millətimiz və bütövlükdə Türk dünyası üçün birlik və bərabərliyimizi daha da möhkəmləndirməliyik”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulda Avrasiya Yerəl Yönetimler Birliyinin təşkililə keçirilən “Milli Birlik və Bərabərlik” adlı tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu bu fikirləri bildirib.

Nazir deyib ki, dünya çox sürətlə dəyişir və qəribə mərhələlərdən keçir. Bu mərhələnin Türk millətinə verdiyi fürsətlər, faydalarla yanaşı, millətimizi,
coğrafiyamızı gözləyən sınaqlar və təhlükələr də var: Ona görə də önümüzə çıxan fürsətləri dəyərləndirmək üçün birlik və bərbərliyimiz önəmlidir”.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və 28 May – Respublika Günü yad edilib.

Qeyd edək ki, Avrasiya türk xalqlarının və müsəlmanlarının qatıldığı beynəlxalq tədbirdə Azərbaycanı telejurnalist Səidə Ömər və müğənni Vüsalə Əsgərova təmsil ediblər. 

Telejurnalistin səsləndirdiyi Zəlimxan Yaqubun “Dünya türkün olacaq“ şeiri nazir Çavuşoğlunun da diqqətini şəkib. 

Səidə Ömər daha sonra “Sarı gəlin” rəqsini ifa edib. 

Müğənni V.Əsgərova “Bakının işıqları” və “Gecə yaman uzundur” mahnısını oxuyub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date