Nazir: "Türkiyə Su-35 və Su-57 qırıcılarının alınmasına dair Rusiya ilə danışıqlar aparmır"

Nazir: "Türkiyə Su-35 və Su-57 qırıcılarının alınmasına dair Rusiya ilə danışıqlar aparmır"
# 02 sentyabr 2019 19:12 (UTC +04:00)

Rusiya və Türkiyə hazırda Su-35 və Su-57 qırıcılarının alınmasına dair danışıqlar aparmır.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Yox. Biz hazırda F-35 proqramının bir parçasıyıq", - deyə nazir Su-35 və Su-57 qırıcılarının alınması ilə bağlı Rusiya və Türkiyə arasında danışıqlara dair suala cavabında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR