Normandiya formatında müşavirələrin növbəti raundu bu həftə keçiriləcək

Normandiya formatında müşavirələrin növbəti raundu bu həftə keçiriləcək
# 12 avqust 2019 11:48 (UTC +04:00)

ABŞ, Almaniya və Fransa nümayəndələri bu həftə Normandiya formatında müşavirələrin növbəti raundunu keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker "Amerikanın Səsi"nə müsahibəsində bildirib.

Qeyd edək ki, Normandiya formatında Xarici İşlər nazirlərinin müşavirləri arasında son görüş bu il iyulun 13-də Fransanın paytaxtı Parisdə baş tutub. Son görüşdə iyulun 21-dən qeyri-müəyyən müddətə atəşkəsin bərqərar olması ilə bağlı razılaşma əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR