Parisdə polis "Sarı jiletlilər"in aksiyasında 39 nəfəri saxlayıb

Parisdə polis "Sarı jiletlilər"in aksiyasında 39 nəfəri saxlayıb
  • Clock-gray 14:26
  • calendar-gray 21 Sentyabr 2019

Parisdə polis "Sarı jiletlilər"in etiraz aksiyasında 39 nəfəri saxlayıb.

APA-nın "BMF" telekanalına istinadən verdiyi xəbərə görə, 596 aksiya iştirakçısı isə hüquq-mühafizə orqanları tərəfindən təftiş olunub.

Bundan əlavə, şəhər polisi rəsmi "Twitter" səhifəsində Yelisey Sarayı qarşısında icazəsiz aksiya keçirməyə cəhd edən 10 nəfərin cərimələndiyi barədə məlumat verib. 

Bu gün Paris və Versalda dörd ayrı etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Onlardan ikisinin təşkilatçıları iştirakçıları Yelisey Sarayına doğru hərəkət etməyə çağırıb. Digər yürüşlərin marşrutları açıqlanmayıb. Paris və Versalda iqlim və sosial ədalətin qorunması ilə bağlı daha iki yürüşün keçirilməsi planlaşdırılır. Günün ortasında Fransa paytaxtının cənub bölgəsində pensiya islahatlarına qarşı nümayişçilərin aksiyaları gözlənilir.

Parisdə hüquq-mühafizə orqanlarının 7,5 min əməkdaşı aksiyalar zamanı şəhərdə və onun ətrafında asayişin qorunmasına nəzarət edəcək.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date