PKK terrorçuları ilə atışmada bir Türkiyə hərbçisi şəhid olub

PKK terrorçuları ilə atışmada bir Türkiyə hərbçisi şəhid olub
# 04 iyul 2019 04:37 (UTC +04:00)

Türkiyənin Siirt vilayətinin Eruh rayonu ərazisində bölgədəki təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurma olub.

APA "Anadolu"ya istinadən xəbər verir ki, insident nəticəsində 3 Türkiyə hərbi qulluqçusu ağır yaralanıb.

Yaralı hərbçilər Siirt vilayətindəki xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onlardan biri şəhid olub.

Hazırda təhlükəsizlik qüvvələri bölgədə əməliyyatlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR