Polşa 2022-ci ildən sonra Rusiya qazından imtina edəcək

Polşa 2022-ci ildən sonra Rusiya qazından imtina edəcək
  • Clock-gray 12:33
  • calendar-gray 04 Oktyabr 2019

Polşa hökuməti Rusiya qazından tam imtina edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşa hökumətinin nümayəndəsi Pyotr Naimski bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ildən sonra baş verəcək.

“Qazın bir hissəsi Svinouysts limanı vasitəsilə alınır. Biz bu liman vasitəsilə ildə 3 milyard kubmetr qaz alırıq. Qaz əsasən Qətərlə bağlanmış uzunmüddətli müqavilələrə əsasən alınır. Lakin artıq ABŞ-dan da qaz nəqli başlayıb. Polşanı Danimarka vasitəsilə Norveç şelfi ilə birləşdirəcək “Baltik Pipe” (Baltik Kəmər) qaz boru kəmərinin tikintisi də davam edir”, - deyə P. Naimski qeyd edib.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date