Portuqaliyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var

Portuqaliyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var
# 10 iyun 2019 05:05 (UTC +04:00)

Portuqaliyanın qərbində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli xilasetmə xidmətinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, təyyarə Leyriya şəhərinin aerodromu yaxınlığında qəzaya uğrayıb. Ölənlərin cəsədləri şəxsiyyətlərinin dəqiqləşdirilməsi üçün hospitala təqdim edilib.

Məlumata görə, qəza güclü yanğına səbəb olub və aerodrom yaxınlığındakı meşəyə keçib. Yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürən maşın və onlarla xilasedici cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR