Praqada on minlərlə nümayişçi baş nazirin istefası tələbi ilə küçələrə çıxıb

Praqada on minlərlə nümayişçi baş nazirin istefası tələbi ilə küçələrə çıxıb
# 05 iyun 2019 10:36 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada ötən gün on minlərlə nümayişçi baş nazir Andrey Babisin istefa tələbi ilə küçələrə çıxıb.

APA BBC-yə istinadən xəbər verir ki, Andrey Babis Avropa İttifaqının verdiyi subsidiyaların dələduzluq yolu ilə istifadəsində ittiham edilir.

Məlumata görə, ötən gün keçirilən nümayişə 120 000 nəfər qatılıb.

Bildirilir ki, bu, 1989-cu il inqilabından sonra Çexiyada baş tutan ən böyük nümayişdir.

A.Babis dələduzluq ittihamlarını rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR