Putin və Makron arasında telefon danışığı olub

Putin və Makron arasında telefon danışığı olub
# 08 sentyabr 2019 22:27 (UTC +04:00)

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışı olub. Danışıqlar zamanı Rusiya ilə Ukrayna arasında şənbə günü girovların mübadiləsini müsbət qiymətləndirilib.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər girovların dəyişdirilməsinin Rusiya-Ukrayna münasibətlərinin normallaşmasına öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Danışıqlar zamanı həmçinin iki ölkə arasında Norman formatı çərçivəsində konstruktiv müştərək işləri davam etdirmək əzmini bir daha təsdiqləyiblər.

Rusiya Prezidenti rəsmi Kiyevin 2015-2016-cı illərdə Paris və Berlində əldə olunan razılaşmaları yerinə yetirməsinin vacibliyinə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR