Qanunsuz olaraq Türkiyədən Yunanıstana keçmək istəyən 490 nəfər saxlanılıb

Qanunsuz olaraq Türkiyədən Yunanıstana keçmək istəyən 490 nəfər saxlanılıb
# 08 oktyabr 2019 07:44 (UTC +04:00)

Egey dənizinin Türkiyəyə aid hissəsində aparılan əməliyyatlar nəticəsində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanılıb.

APA xəbər verir ki, əməliyyatlar Türkiyənin İzmir, Çanaqqala, Aydın və Muğla şəhərlərində aparılıb.

Saxlanılanların rezin qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri məlum olub. Onların arasında qadınlar və uşaqlar da var.

Saxlanılan şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR