Qardabanidə İES işçiləri etiraz aksiyası keçiriblər

Qardabanidə İES işçiləri etiraz aksiyası keçiriblər
# 07 noyabr 2019 09:56 (UTC +04:00)

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən istilik elektrik stansiyasının (İES) 200-ə qədər işçisi etiraz aksiyası keçirib. APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar maaşlarının 50% artırılmasını tələb ediblər. Onlar məsələ ilə əlaqədar bu ilin may ayında rəhbərliklə danışıqlar aparıldığını, maaş artımının sentyabrda olacağı barədə vəd aldıqlarını bildiriblər.

İES işçiləri tələblərinin yerinə yetirilmədiyi təqdirdə daha geniş miqyaslı aksiyalar keçirəcəklərini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR