Qardabanidə öldürülən azərbaycanlı ər və arvadın Rusiyadakı oğlu açıqlama verib

Qardabanidə öldürülən azərbaycanlı ər və arvadın Rusiyadakı oğlu açıqlama verib
# 07 iyun 2019 22:00 (UTC +04:00)

Gürcüstanın Qardabani rayonunda xüsusi amansızlıqla öldürülən azərbaycanlı ər və arvadın Rusiyadakı oğlu Mübariz Musayev cinayətlə bağlı açıqlama verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həm şəxs bildirib ki, cinayət əslində pul üstündə baş verib, mesajı isə qəsdən yazıblar:

"Bizim ailəmizin düşməni yoxdur və mən əminliklə deyə bilərəm ki, baş verən qətl pul üstündə olub. Çünki atamın evdə doqquz min lari pulu olub. Bunu bir neçə nəfər bilirmiş. Atamgil həmin pulu evdə yastığın içərisində gizlətmişdi. İndi baxırıq ki, həmin pul və atamın telefonu aparılıb".

Xatırladaq ki, Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kənd sakinləri İsgəndər Musayev və Şəfiqə Musayeva ötən gecə küt alətlə öldürülüb. Ölənlərin cəsədlərinin tanınmaz halda olduğu bildirilir. Qohumları daha əvvəl cinayətin səbəbinin intiqam ola biləcəyini bildirmişdilər.

Qeyd edək ki, İsgəndər Musayev və Şəfiqə Musayevanın üç oğlu, iki qızı var. Onların övladlarının Rusiyada yaşadığı bildirilir.

Faktla bağlı Gürcüstan DİN qəsdən və xüsusi amansızlıqla adam öldürmə maddələri ilə cinayət işi açıb. Qatilləri 16-20 il və ya ömürlük həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR