Qaziantepdə qəzada 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Qaziantepdə qəzada 2 nəfər ölüb, 20 nəfər yaralanıb
# 01 avqust 2019 11:31 (UTC +04:00)

Türkiyənin Qaziantep vilayətində içərisində əkinçiliklə məğul olan suriyalıların da olduğu mikroavtobus qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qaziantepin Əlibəyli rayonunda baş verib. Belə ki, sürücü idarəetməni itirdiyindən mikroavtobus aşib. Xəstəxanaya çatdırılan yaralılar arasında ağır durumda olanlar da var.

Faktla bağlı araşdırmaya başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR