Qərbi Gürcüstanın ən böyük neft terminalında yanğın baş verib - YENİLƏNİB

Qərbi Gürcüstanın ən böyük neft terminalında yanğın baş verib - YENİLƏNİB
# 04 sentyabr 2019 11:11 (UTC +04:00)

Gürcüstanın Samtreida rayonunda yerləşən neft bazasında baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi rəhbərinin birinci müavini Levan Varsiaşvili məlumat verib. O bildirib ki, artıq heç bir təhlükəli vəziyyət qalmayıb və yanğınsöndürənlər işlərini yekunlaşdırdıqdan sonra istintaq işlərinə başlanılacaq.

"Hazırda Wissol neft bazasında baş verən yanğınlar tamamilə lokallaşdırılıb. Yanğının digər anbarlara yayılması təhlükəsi aradan qaldırılıb ", - deyə Levan Varsiaşvili bildirib.

***

09:35

Gürcüstanın Samtreida rayonunun Naçxatura neft bazasında ötən gecə başlayan yanğın davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Məlumata görə, yanğının lokallaşdırılması işlərinə qurumun 14 yanğınsöndürmə briqadası üzrə təxminən 70 yanğınsöndürən cəlb edilib.

Yanğın artıq lokallaşdırılıb.

Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb.

Bazanın Gürcüstanın qərbindəki ən böyük yanacaq terminalı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR