Ərdoğan Albaniyanın Baş naziri ilə görüşüb

Ərdoğan Albaniyanın Baş naziri ilə görüşüb
# 06 yanvar 2021 16:34 (UTC +04:00)

Albaniyanın Baş naziri Edi Rama Türkiyəyə səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Edi Ramanı Ankaradakı Beştəpə Prezident Kompleksində qarşılayıb.

Türkiyə və Albaniya liderləri geniş heyətli görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

Mətbuat konfransından sonra Prezident Ərdoğan E. Ramanın şərəfinə rəsmi ziyafət verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR