Ərdoğan: ”Atəşkəsi pozan Ermənistan qüvvələrinə tezliklə yanlış yoldan dönmələrini tövsiyə edirəm”

Ərdoğan: ”Atəşkəsi pozan Ermənistan qüvvələrinə tezliklə yanlış yoldan dönmələrini tövsiyə edirəm”
# 31 dekabr 2020 12:51 (UTC +04:00)

“Azərbaycanda Türkiyənin mövcudluğu ölkələrimiz arasındakı qardaşlığı göstərən qürur nişanəsidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda olan Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçilərinə mesaj ünvanlayarkən bu fikirləri bildirib.

Birgə mərkəzin tezliklə fəaliyyətə keçməsini arzulayan Türkiyə Prezidenti rəsmi İrəvana xəbərdarlıq da edib: “Atəşkəsi pozan Ermənistan qüvvələrinə tezliklə yanlış yoldan dönmələrini tövsiyə edirəm”.

Qeyd edək ki, Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi Yaşar Gülər, digər hərbi qüvvələr komandirləri və Qarabağda Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçiləri ilə birgə Azərbaycana səfər ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR