Ərdoğan: ““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Aİ ailəsində yer alması ilə aradan qaldırıla bilər”

Ərdoğan: ““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Aİ ailəsində yer alması ilə aradan qaldırıla bilər”
  • Clock-gray 16:15
  • calendar-gray 12 Yanvar 2021

 ““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

“Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik”, - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: “Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır. Suriya əsilli 4 milyon nəfəri ölkəmizdə qonaq edirik”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər