Ərdoğan: “Türkiyə qlobal koronavirus imtahanından ən az itkiylə çıxan ölkələrdəndir”

Ərdoğan: “Türkiyə qlobal koronavirus imtahanından ən az itkiylə çıxan ölkələrdəndir”
# 29 may 2020 00:42 (UTC +04:00)

“Koronavirus pandemiyası qlobal imtahanlardan biridir. Xalqımız bizə verdiyi dəstəklə və ələ aldığımız bütün tədbirlərlə bu imtahandan daha az problemlə çıxmağı bacardıq. İndiyədək 75 min vətəndaşımızı ölkəmizə gətirdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) bağlı nazirlərlə keçirilən sonuncu telekonfransdan sonra belə bildirib.

Prezident deyib ki, pandemiya ilə mübarizə müddətində indiyədək Türkiydədən dəstək istəyən 135 ölkədən 100-ünə yardım edə bilib. Türkiyə istehsal etdiyi 3626 tənəffüs sistemi cihazlarının 1000 ədədini xarici ölkələrə ixrac edib: “Maska istehsal edən cihaz və termal kamera istehsalına da başladıq”.

R.T.Ərdoğan pandemiya ilə əlaqədar Türkiyənin 2 ay yarıma yaxın müddətdəki maddi itkilərini kompensasiya edəcəyinə əmin olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR