Ərdoğan və Bayden Brüsseldə görüşmək barədə razılığa gəliblər

Ərdoğan və Bayden Brüsseldə görüşmək barədə razılığa gəliblər
# 23 aprel 2021 22:36 (UTC +04:00)

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında telefon danışığı olub. Söhbət zamanı liderlər NATO-nun iyun ayında Brüsseldə keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

“ABŞ prezidenti geniş səviyyəli əməkdaşlıq və fikir ayrılıqlarının effektiv həlli üçün konstruktiv münasibətlərdə maraqlı olduğunu bildirib. Liderlər iyun ayında NATO sammiti çərçivəsində şəxsən görüş keçirərək ikitərəfli və regional məsələləri bütün əhatəsi ilə müzakirə etmək barədə razılığa gəliblər”, - deyə Ağ Evin yaydığı mətndə qeyd olunub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də Türkiyə Prezidenti ilə amerikalı həmkarının telefon danışığı barədə məlumat yayıb. Məlumata görə, liderlər ikitərəfli münasibətlərin strateji mahiyyəti və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək üçün birlikdə fəaliyyətin vacibliyi barədə razılığa gəliblər.

Prezident Ərdoğan FETÖ-nün ABŞ-da olması və ABŞ-ın Suriyadakı PKK/PYD terror təşkilatına verdiyi dəstək kimi məsələlərin həll edilməsinin Türkiyə-Amerika münasibətlərini inkişaf etdirmək üçün vacib olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR