Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər

Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
# 09 mart 2021 02:45 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında ​​deyilir.

Danışıq əsnasında ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyasına qarşı mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün atılan addımlar və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Consona, pandemiyanın icazə imkan verəcəyi halda, Türkiyənin bu ilin ikinci yarısında Türkiyə-Britaniya “Tatlıdil” forumuna ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Ərdoğan “maneəsiz və təhlükəsiz” turizm səfərlərinin aprel ayından bərpa oluna biləcəyinə əminliyini diqqətə çatdırıb.

O, Britaniya ilə Türkiyə arasındakı Sərbəst Ticarət Sazişinin iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olduğunu qeyd edərək, atılan addımların ikitərəfli ticarət həcminin 20 milyard dollar səviyyəsinə çatmasına kömək edəcəyini vurğulayıb.

Prezident Ərdoğan Ankaranın Londonun Kipr məsələsindəki səylərini alqışladığını və bu məsələnin iki dövlətin birgəyaşayışı əsasında həll ediləcəyi təqdirdə tərəflər üçün “qazanclı vəziyyət”in yaranacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR