Ərdoğan və Tramp Londonda görüşüblər

Ərdoğan və Tramp Londonda görüşüblər
# 04 dekabr 2019 16:21 (UTC +04:00)

Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Türkiyə və ABŞ liderləri arasında görüş Londonda keçirilən NATO-nun 70-ci ildönümünə həsr olunan sammit çərçivəsində baş tutub.

Qeyd edək ki, D.Tramp Almanya kansleri A.Merkel ilə görüş zamanı jurnalistlərin Türkiyə ilə bağlı suallarını cavablandırıb. ABŞ Prezidenti Ərdoğan ilə görüşün yaxşı keçdiyini, Suriyadakı son məsələlər haqqında danışdıqlarını, təhlükəsiz zona barəsində müzakirələr aparıldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR