Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər

Ərdoğan və Tramp telefonla koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər
# 31 mart 2020 19:11 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyə mətbuatına istinadla xəbərinə görə, telefon söhbətində ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı koronavirus pandemiyası ilə bağlı müzakirələr aparılıb.

Prezidentlər bildiriblər ki, pandemiya ilə mübarizə yalnız beynəlxalq həmrəylik nəticəsində mümkün ola bilər. Liderlər həmçinin pandemiyanın müxtəlif təsirlərinin nəzarətə alınması üçün ən yaxşı tədbirlərin və təcrübələrin tətbiq olunmasını da müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR