Ərdoğanın Makron haqqında söylədiyi sözlərə görə Türkiyənin səfiri Fransa XİN-ə çağırılıb

Ərdoğanın Makron haqqında söylədiyi sözlərə görə Türkiyənin səfiri Fransa XİN-ə çağırılıb
# 29 noyabr 2019 21:49 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğanın Emanuel Makron haqqında söylədiyi açıqlamadan sonra Türkiyənin Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Yelisey Sarayı Ərdoğanın bu fikirlərini Fransa prezidentinə qarşı təhqir kimi qiymətləndirib.

Qeyd edək ki, bu gün Ərdoğan Fransa prezidentinin noyabrın əvvəlində “The Economist” nəşrinə müsahibəsi zamanı NATO barəsində işlətdiyi “ölmüş beyin” ifadəsini şərh edərkən bildirib ki, bu cür ifadələr yalnız Makron kimi beyini ölü olanlar üçün uyğundur.

"Hörmətli Makrona Türkiyədən səslənirəm. Öncə sən ölmüş beyinini yoxlatdır", -deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Makron eyni zamanda Türkiyənin Suriyada həyata keçirdiyi “Barış bulağı” hərbi əməliyyatını antiterror koalisiyaya qarşı təhdid kimi dəyərləndirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR