Ərdoğanın Merkellə videokonfrans formatında görüşü olub

Ərdoğanın Merkellə videokonfrans formatında görüşü olub
# 16 sentyabr 2020 20:24 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.

APA-nın yeri bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla, bölgədəki vəziyyəti müzakirə ediblər.

Daha sonra bildirilib ki, Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə fikir ayrılıqlarının danışıqlar yolu ilə həll ediləcəyi mümkündür.

Ərdoğan görüşdə deyib ki, Şərqi Aralıq dənizi məsələsində Türkiyə ədaləti və prinsipial olaraq qərarlı və aktiv siyasət yürüdəcək.

Qeyd edək ki, videokonfransda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Qalın, Prezidentin icraçı katibi Hasan Doğan da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR