Ərdoğanla Merkel arasında telefon danışığı olub

Ərdoğanla Merkel arasında telefon danışığı olub
# 02 iyul 2020 05:04 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən xəbər verilib.

Telefon söhbətində liderlər yeni növ koronovairus (COVID-19) pandemiyası ilə mübarizədə əməkdaşlıq, hər iki ölkənin ikitərəfli əlaqələri, Suriya əsas olmaqla regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sabah Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy turizmlə əlaqədar Almaniyada həmkarları ilə görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR