Rəcəb Tayyib Ərdoğan: “ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”

Rəcəb Tayyib Ərdoğan: “ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
  • Clock-gray 01:06
  • calendar-gray 23 Oktyabr 2019

“17 oktyabr 2019-cu ildə Suriya mövzusunda Türkiyə ilə ABŞ arasında bağlanan müqaviləyə əsasən, PYD/YPG terror təşkilatının “Barış bulağı” bölgəsindən çəkilməsi üçün verilən 120 saatlıq atəşkəs müddəti Türkiyə vaxtı ilə bu gün saat 22.00-da başa çatıb”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Rusiyadan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara hava limanında açıqlamasında bildirib. 

Türkiyə Prezidenti deyib ki, verilən vədlər tam yerinə yetirilməyib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı Türkiyə Müdafiə Nazirliyində olan məlumatlar bir daha nəzərdən keçiriləcək: “Əgər verilən sözlər həqiqətən yerinə yetirilməyibsə, əməliyyatlarımız davam edə bilər. Güzəştə getsək, terror təşkilatlarına yenə fürsət vermiş olarıq“.
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date