Rumıniyada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkiləri keçirilir
  • Clock-gray 12:06
  • calendar-gray 10 Noyabr 2019

Bu gün Rumıniyada prezident seçkiləri keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb, səsvermə saat 21:00-da başa çatacaq.

Seçkilərdə siyasi partiyaları təmsil edən, eyni zamanda müstəqil olan 14 namizəd iştirak edir. Onların arasında Milli Liberal partiyası tərəfindən namizədliyi irəli sürülmüş hazırkı Prezident Klaus Yohannis, Sosial Demokrat partiyasını təmsil edən Viorika Dançila, Pro Rumıniya partiyası və Liberal və Demokrat Alyansının namizədi Mirçea Diakonu və digərləri var. Ölkədə 18 min 748 seçki məntəqəsi yerli vaxtla saat 21:00-dək açıq olacaq.

Namizədlərdən heç biri 50 faizdən çox səs qazanmazsa, birinci turda ən çox səs toplayan iki namizədin qatılacağı prezident seçkilərinin ikinci turu noyabrın 24-də keçiriləcək.

Rumıniyada prezident səlahiyyətinin müddəti 5 ildir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date