Rumıniyanın Daxili İşlər naziri istefa verib

Rumıniyanın Daxili İşlər naziri istefa verib
# 31 iyul 2019 11:15 (UTC +04:00)

Rumıniyanın Daxili İşlər naziri Nikolaye Moqa istefa verib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, buna səbəb iki yeniyetmənin xüsusi amansızlıqla qətlə yetirilməsi və hüquq-mühafizə orqanlarının məsələyə vaxtında reaksiya verməməsi olub.

“Baş Nazirlə söhbətdən sonra istefa vermək qərarına gəldim. İstintaq davam edir. Ümid edirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşları qərəzsiz və peşəkar şəkildə bu məsələni araşdıracaqlar. Belə faciələrin bir daha baş verməməsi üçün mümkün olan hər şeyi etmək lazımdır”, - N. Moqa bildirib.

Qeyd edək ki, N. Moqa 6 gün öncə bu vəzifəyə təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə Rumıniyanın Karakal şəhərində 15 yaşlı qız amansızcasına qətlə yetirilib. Qız “112” xilasetmə xidmətinə zəng edib xəbər versə də, hüquq-mühafizə orqanları onun vaxtında tapılması üçün lazımi tədbirlər görməyib. Nəticədə, qızı xilas etmək mümkün olmayıb. Qatil həmin gün polis tərəfindən saxlanılıb və daha bir cinayət törətdiyini etiraf edib. Belə ki, aprel ayında itkin düşən 18 yaşlı qızın da həmin şəxs tərəfindən qətlə yetirildiyi üzrə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR