Rusiya ilə  Gürcüstan arasında pul köçürmələri dayandırıla bilər

Rusiya ilə  Gürcüstan arasında pul köçürmələri dayandırıla bilər
# 08 iyul 2019 18:22 (UTC +04:00)

Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsi Gürcüstandan şərab və süfrə suları ixracının, həmçinin pul köçürmələrinin məhdudlaşdırılması barədə təklifi dəstəkləyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə komitənin sədri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib: "Əlavə sərt tədbirlərin görülməsi vacibdir. Beynəlxalq Əlaqələr Komitəsi Gürcüstandan qida məhsullarının ixracının məhdudlaşdırılması ilə bağlı təklifi dəstəkləyib. Bura Gürcüstandan Rusiyaya şərab, süfrə sularının ixracının, həmçinin ölkələr arasında pul köçürmələrinin dayandırılması daxildir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR