Rusiya prezidenti Roma Papası ilə görüşüb

Rusiya prezidenti Roma Papası ilə görüşüb
# 04 iyul 2019 18:04 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransisklə görüşüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Vatikanda baş tutan mətbuata qapalı görüş bir saat davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, onlar Rusiya Ortodoks Kilsəsi və Roma Katolik Kilsəsi arasında münasibətlər, Suriyada və Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR