Rusiyalı hərbi nümayəndə Ankarada türkiyəli həmkarları ilə Suriyanı müzakirə edib

Rusiyalı hərbi nümayəndə Ankarada türkiyəli həmkarları ilə Suriyanı müzakirə edib
# 03 noyabr 2019 06:37 (UTC +04:00)

Noyabrın 1-2-də Rusiyanın hərbi nümayəndəliyi Ankarada türkiyəli həmkarları ilə danışıqlar aparıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

“22 oktyabr 2019-cu ildə Soçidə Rusiya ilə əldə edilmiş razılaşma çərçivəsində Suriyada taktiki və texniki məsələləri müzakirə etmək üçün Ankaraya gələn ikinci Rusiya hərbi heyəti ilə noyabrın 1-də və 2-də danışıqlar aparılıb”, - məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiya və Türkiyə liderlərinin əldə etdiyi razılaşmaları həyata keçirmək planları oktyabrın 28 və 29-da iki ölkənin hərbi nümayəndə heyətlərinin Ankaradakı danışıqlarında müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR