Rusiyalı turistlər Tbilisiyə Bakı və İstanbul üzərindən uçmağa üstünlük verir

Rusiyalı turistlər Tbilisiyə Bakı və İstanbul üzərindən uçmağa üstünlük verir
# 26 iyun 2019 16:54 (UTC +04:00)

Rusiyadan Gürcüstana aviabiletlər 34% bahalaşıb.

APA-nın Gürcüstan bürosunun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 1-7 iyul tarixlərində Rusiya şəhərlərindən Gürcüstana ən ucuz biletin qiyməti 315 lari, tranzit uçuşların qiyməti isə 430 lari təşkil edib.

Qeyd olunub ki, iyunun 21-də Rusiya prezidenti Vladimir Putinin Rusiyadan Gürcüstana uçuşların dayandırılması ilə bağlı fərmanından sonra rusiyalı turistlər Tbilisiyə səfərlərini daha çox “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsi ilə Bakı və "Türk Hava Yolları” vasitəsi ilə İstanbul üzərindən həyata keçirməyə üstünlük verməyə başlayıblar.

Bildirilib ki, Rusiya Prezidentinin müvafiq fərmandan sonra Rusiyadan Gürcüstan istiqamətində uçuşlara tələbat iki dəfədən çox azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR