"Rustavi-2"nin sabiq baş direktoruna qarşı yeni ittiham irəli sürülüb

"Rustavi-2"nin sabiq baş direktoruna qarşı yeni ittiham irəli sürülüb
# 01 noyabr 2019 15:52 (UTC +04:00)

Gürcüstanın "Rustavi-2" telekanalının sabiq baş direktoru Nika Qvaramiaya qarşı yeni ittiham irəli sürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ittihamların təqdim edilməsi üçün N.Qvaramia bu gün saat 19.00-da prokurorluğa çağırılıb.

Qeyd edək ki, bu il sentyabrın 6-da Gürcüstanın Baş Prokurorluğu "Rustavi-2"nin sabiq baş direktoru Nika Qvaramia və keşmiş maliyyə direktoru Kaxa Dameniaya qarşı irəli sürülən ittihamları ağırlaşdırıb. Sözügedən şəxslər telekanala məxsus külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunurlar. İşlə əlaqədar Tbilisi Şəhər Məhkəməsi Kaxa Dameinanın ölkədən çıxışına qadağa qoyub və 50 min lari girov tələb edib.

İstintaqla əlaqədar daha əvvəl telekanalın keçmiş informasiya xidmətinin rəhbəri Georgi Laperaşvili, “Şənbə Kuryeri” proqramının keçmiş müəllifi və aparıcısı Nodar Meladze və keçmiş teleaparıcı, hazırda “Vahid Milli Hərəkat” Partiyasının üzvü Zaal Udumaşvili də ifadə veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR