"Ryanair" Gürcüstana uçuşlara başlayıb

"Ryanair" Gürcüstana uçuşlara başlayıb
  • Clock-gray 12:52
  • calendar-gray 07 Noyabr 2019

İrlandiyanın “Ryanair” loukost aviaşirkəti Gürcüstana müntəzəm uçuşlara başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, aviaşirkətin Gürcüstana ilk uçuşu Milan-Tbilisi-Milan istiqamətində baş tutub. Şirkət bu istiqamətdə həftədə 4 dəfə uçuşlar həyata keçirəcək.

Noyabrın 9-da isə Marsel-Kutaisi-Marsel və Baloniya-Kutaisi-Baloniya istiqamətində uçuşlara start veriləcəyi bildirilib. Bu istiqamət üzrə isə uçuşlar həftədə 2 dəfə olmaqla müntəzəm qaydada həyata keçiriləcək.

Qeyd edək ki, “Ryanair”a Gürcüstan avia bazarına daxil olmaq üçün icazə cari ilin 24  oktyabr tarixində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən verilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date