Rza Zərrab işilə bağlı ABŞ-da həbsdə olan keçmiş bank müdiri iyulda Türkiyəyə gətiriləcək

Rza Zərrab işilə bağlı ABŞ-da həbsdə olan keçmiş bank müdiri iyulda Türkiyəyə gətiriləcək
# 26 iyun 2019 23:51 (UTC +04:00)

Türkiyə “Xalqbank”ının keçmiş icracı direktorlarından biri - Hakan Atilla 19 iyulda Türkiyəyə gətiriləcək.


APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Hakan Atillanın vəkilləri “Amerikanın Səsi” televiziyasında çıxış edərkən bildiriblər.

Qızıl ticarətçisi Rza Zərrabın məhkəmələri zamanı ittiham olunan Hakan Atillanın 32 aylıq həbs edilməsi qərarının ardından Türkiyəyə gətiriləcəyini açıqlayan vəkillər bu prosesin bürokratik sənədləşməylə əlaqədar bir qədər müddət alacağını bildiriblər. Belə ki, həbsxanadan çıxarıldıqdan sonra müttəhimin miqrasiya üzrə səlahiyyətlilər tərəfindən ifadəsi alınacaq.

Qeyd edək ki, öncəki prosesdə prokurorlar Atillanı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham edirdilər və 105 il həbsini istəyirdilər. Lakin sonradan məhkəmə Atillanın çirkli pulların yuyulmasına dair ittiham üzrə təqsirli olmadığı nəticəsinə gəldiyi üçün hakim Richard Berman Hakan Atillanı 32 aylıq
həbsə məhkum etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR