Gürcüstan Prezidenti Rusiya ilə dialoqun şərtlərini açıqlayıb

Gürcüstan Prezidenti Rusiya ilə dialoqun şərtlərini açıqlayıb
  • Clock-gray 12:27
  • calendar-gray 28 Avqust 2019

"Rusiyanın mövqeyindəki dəyişiklik Tiflislə Moskva arasında dialoqun yenidən başlaması üçün əsas ola bilər, yalnız bu halda Gürcüstan Rusiya ilə təmaslara hazır olacaq".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili “Euronews”a müsahibəsində deyib.

"Rusiya ilə hər hansı bir əlaqə qurmaq, bu əlaqələri bərpa etmək üçün bizim kimi kiçik qonşu ilə münasibətdə Rusiyanın mövqeyində dəyişikliyin olduğunu görməliyik. Rusiya münasibətlərin məcburiyyət üzərində qurulmayacağını qəbul etməlidir. Bu istiqamətdə açıq şəkildə siqnalları görəndə əminəm ki, gələcəkdə dialoqa hazır olacağıq ", deyə Gürcüstan prezidenti bildirib.

Zurabişvili 2008-ci ildən Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin olmadığını xatırladıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date