Səfir: “Gürcüstanda antitürk dezinformasiya dalğası müşahidə olunur”

Səfir: “Gürcüstanda antitürk dezinformasiya dalğası müşahidə olunur”
  • Clock-gray 17:30
  • calendar-gray 17 Oktyabr 2019

“Son 2-3 gündə Gürcüstanda böyük bir antitürk dezinformasiya dalğası müşahidə olunur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında belə deyib.

O bildirib ki, Türkiyənin 9 oktyabrda Suriyanın şimalında başlatdığı "Barış bulağı" hərəkatı Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhlükə törədən terror ünsürləri ilə mübarizə məqsədi daşıyır. 

"Suriya məsələsində Türkiyə ilə ABŞ arasında müəyyən gərginlik var. Hiss etdim ki, bu gərginliyə görə Gürcüstanda da narahatlıq var. Son 2-3 gündə Gürcüstanda böyük bir antitürk dezinformasiya dalğasının yaşandığını da gördük. Məsələn, “2021-ci ildə Qars müqaviləsinin 100 illiyi başa çatacaq və Türkiyə Acarıstanı ələ keçirməyə çalışacaq” kimi yalan məlumatların yayıldığını gördük. Gürcüstan mediasından bu cür yanlış məlumatlara əhəmiyyət verməməsini xahiş edirik. Əminik ki, bu cür məlumatlar qismən PKK ilə əlaqəsi olan müxtəlif saytlarda yayılır və bu, təxribatçı məqsədlərə xidmət edir”, - deyə F. C. Yazqan qeyd edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date