Şimali İrlandiyada polis avtomobilinə quraşdırılmış partlayıcı zərərsizləşdirilib

Şimali İrlandiyada polis avtomobilinə quraşdırılmış partlayıcı zərərsizləşdirilib
# 02 iyun 2019 04:54 (UTC +04:00)

Şimali İrlandiya polisi Belfastda bir polis avtomobilinə quraşdırılmış partlayıcı qurğunu zərərsizləşdirib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Çox şanslıyıq ki, bu qurğu partlamamışdan qabaq aşkar olunub və heç kim ölməyib, yaralanan olmayıb. O məhz polis əməkdaşlarına qarşı qəsd niyyəti ilə quraşdırılıb”, - baş müfəttiş Şon Rayt belə deyib.

Polis hazırda araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR