Şimali və Cənubi Kipr prezidentləri sentyabrda təkrar görüşəcək

Şimali və Cənubi Kipr prezidentləri sentyabrda təkrar görüşəcək
# 09 avqust 2019 15:59 (UTC +04:00)

Bu gün Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı ilə Cənubi Kipr prezidenti Nikos Anastasiadis arasında görüş olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, beş aydan sonra təkrar bir araya gələn tərəflərin gündəmində Kipr adası, Kipr ətrafında təbii qaz yataqları ilə bağlı qazma işləri, Qapalı Maraşı açmağa dair müzakirə aparılıb. Üç saat yarımlıq görüşdə tərəflər arasında razılıq əldə edilməyib.

Görüşü təşkil etmiş Birləşmiş Millətlər Təşkilatı hər iki liderin sentyabrda Nyu-Yorkda yenidən bir araya gələcəyini açıqlayıb. Növbəti görüşdə Şimali və Cənubi Kipr nümayəndələrindən başqa, Türkiyə, İngiltərə, Yunanıstan təmsilçilərinin də iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR