Slovakiyada baş vermiş avtoqəzada 12 nəfər xəsarət alıb

Slovakiyada baş vermiş avtoqəzada 12 nəfər xəsarət alıb
# 29 iyul 2019 23:19 (UTC +04:00)

Slovakiyanın qərbindəki Qloqoves şəhərində baş vermiş ağır yol qəzasında yük maşını, furqon və iki minik maşını toqquşub. Nəticədə 12 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.

Məlumata görə, yaralılardan üçünün vəziyyəti daha ağırdır. Qəzanın səbəbkarı yük maşınının sürücüsü olub.

Hadisə yerinə helikopter cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR