Slovakiyada yük qatarında 11 miqrant uşaq tapılıb

Slovakiyada yük qatarında 11 miqrant uşaq tapılıb
# 28 oktyabr 2019 17:40 (UTC +04:00)

Slovakiyada yük qatarında 11 miqrant uşaq tapılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiya polisinin nümayəndəsi Denis Bardiov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün Əfqanıstan və Pakistandan olan 11 nəfər uşaq Serbiyadan Slovakiyanın Dunayska Streda şəhərinə gələn yük qatarında aşkar ediliblər.

Uşaqların yanlarında valideynləri olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR