Tbilisi Apellyasiya məhkəməsi aksiyalar zamanı saxlanılmış 41 nəfəri azadlığa buraxıb

Tbilisi Apellyasiya məhkəməsi aksiyalar zamanı saxlanılmış 41 nəfəri azadlığa buraxıb
# 25 iyun 2019 11:17 (UTC +04:00)

Gürcüstan Apellyasiya Məhkəməsi iyunun 20-21-də Tbilisidə keçirilən nümayişlər zamanı həbs edilənlərdən 41 nəfərin azadlığa buraxılması haqqında qərar verib. APA-nın yerli bürosu xəbər verir ki, 4 günlük inzibati qaydada həbs edilənlər bu gün məhkəmə zalından azadlığa buraxılıblar.

Bildirilib ki, ötən gecə Apellyasiya Məhkəməsi saxlanılanların şikayətlərinə baxıb və onlardan ikisinin günahsız olduğunu təsdiqləyib.

Saxlanılanlardan bəziləri həbslərin siyasi motivlər səbəbindən baş verdiyini qeyd ediblər.

Qeyd edək ki, iyunun 20-21-i tarixlərində Tbilisidə keçirilən kütləvi nümayişlər zamanı polis 305 nümayişçini saxlayıb . 20 nəfərə 14 gün müddətinə həbs verilib. Saxlanılanların əksəriyyəti xuliqanlıq və polisə tabe olmama maddələri ilə ittiham ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR