Tbilisidə etiraz aksiyaları fərqli formatda davam edir

Tbilisidə etiraz aksiyaları fərqli formatda davam edir
  • Clock-gray 20:30
  • calendar-gray 04 İyul 2019

Tbilisidə parlament binası qarşısında keçirilən aksiya bərpa edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bugünki aksiyada çıxışlar əvəzinə müxtəlif müğənnilərin və musiqi qruplarının çıxışı nəzərdə tutulub. 

Təşkilatçılar bildiriblər ki, keçmiş birinci xanım Maka Çiçua və keçmiş Dövlət Təhlükəsizlik şurasının katibi David Rakviaşvili iyunun 20-21-də baş verən hadisələrə həsr olunmuş mahnı oxuyacaqlar. Konsertdə digər gürcü müğənnilərin çıxışı da gözlənilir. 

Sabah isə şair və yazıçıların aksiyaya qoşulması gözlənilir.
Şənbə günü nümayişçilərin "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru "Azadlıq yürüşü" təşkil edəcəkləri bildirilir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date