Tbilisidə etiraz aksiyaları zamanı 305 nəfər həbs edilib

Tbilisidə etiraz aksiyaları zamanı 305 nəfər həbs edilib
# 21 iyun 2019 17:10 (UTC +04:00)

Tbilisinin Rustaveli küçəsində, parlament binasının qarşında keçirilən etiraz aksiyalarında 305 nəfər həbs edilib.

APA-nın yerli bürosu bildirib ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Vladimir Bostvadze məlumat verib. Saxlanılanların bir qismi ilə bağlı artıq Tbilisi Şəhər məhkəməsində dinləmələr keçirilib. Onlar polisə müqavimət və xuliqanlıqda ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR